Salyanda avtomobil 81 yaşlı piyadanı vurub

Salyanda avtomobil 81 yaşlı piyadanı vurub Salyanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
14 Dekabr , 2021 23:07
Salyanda avtomobil 81 yaşlı piyadanı vurub
0 : 00
0 : 00

Salyanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qalalı kəndi ərazisində qeydə alınıb. Belə ki, Salyan şəhər sakini, 1940-cı il təvəllüdlü Əliyev Asiman yolu keçmək istəyən zaman minik avtomobili onu vurub.

Müxtəlif dərəcəli xəsarətlər alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi