Salyanda avtomobil 68 yaşlı kişini vurub

Salyanda avtomobil 68 yaşlı kişini vurub Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
14 May , 2021 08:42
Salyanda avtomobil 68 yaşlı kişini vurub
0 : 00
0 : 00

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Kürqaraqaşlı kənd ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1953-cü il təvəllüdlü Rüstəmov İbadulla Rüstəm oğlu yolu keçən zaman minik avtomobili onu vurub. Piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi