Salyanda avtomobil 49 yaşlı kişini vurdu

Salyanda avtomobil 49 yaşlı kişini vurdu Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə
270
21 Fevral , 2021 22:35
Salyanda avtomobil 49 yaşlı kişini vurdu

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayon mərkəzində qeydə alınıb.

Salyanın Birinci Varlı kənd sakini, 1972-ci il təvəllüdlü Əhmədov Mahir Əliş oğlu yolu keçən zaman minik avtomobili onu vurub. Nəticədə piyada müxtəlif dərəcəli xəsarətlər alıb. M.Əhmədov Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi