Salyanda avtomobil 16 yaşlı velosipedçini vurub

Salyanda avtomobil 16 yaşlı velosipedçini vurub Yaralının vəziyyəti orta-ağırdır
Hadisə
26 İyul , 2017 08:21
Salyanda avtomobil 16 yaşlı velosipedçini vurub

Salyan. 26 iyul. REPORT.AZ/ Salyanda velosiped sürən oğlanı avtomobil vurub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan, 16 yaşlı Əmrah Oqtay oğlu Məmmədovu idarə etdiyi velosipedlə hərəkətdə olarkən “Jiquli” markalı avtomobil vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedin sürücüsü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra yaralı Travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi