Salyanda avtomobil 16 yaşlı gənci vuraraq öldürüb

Salyanda avtomobil 16 yaşlı gənci vuraraq öldürüb Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
12 Sentyabr , 2021 20:35
Salyanda avtomobil 16 yaşlı gənci vuraraq öldürüb

Salyanda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Düzənlik kəndində qeydə alınıb.

Rayonun Xalac kənd sakini, 1958-ci il təvəllüdlü Babayev Siyasət Hüseynağa oğlu idarə etdiyi “Ford” markalı avtomobillə hərəkətdə olarkən Düzənlik kənd sakini, 2005-ci il təvəllüdlü Əliyev Məhəmməd Rövşən oğlunu vurub. Müxtəlif dərəcəli ağır xəsarətlər alan piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi