Yuxarı
    Bağlamaq

    Salyanda ağır yol qəzasında ölən və yaralananların adları məlum olub - FOTO - VİDEO - YENİLƏNİB

    Faktla bağlı araşdırmalara başlanılıb© Report.az

    Salyan. 26 iyul. REPORT.AZ/ Salyan rayonunda baş vermiş ağır yol qəzasında ölən və yaralananların adları məlum olub. 

    "Report"un Aran bürosunun məlumatına görə, "Mercedes" markaklı avtomobilin sürücüsü, Cəlilabad sakini, 1990-cı il təvəllüdlü Elvin Telman oğlu Xanməmmədov ölüb.

    Avtomobildəki sərnişinlər - Cəlilabad sakinləri, 1961-ci il təvəllüdlü Nigar Əziz qızı Abışova, 1976-cı il təvəllüdül Fiqurə Əziz qızı Quliyeva, Telman Quliyev və 1954-cü il təvəllüdlü Vəsmə Xanoğlan qızı Quliyeva yaralanıb. 


    *** 10:53

    Salyan. 26 iyul. REPORT.AZ/ Salyan rayonunda ağır yol qəzası olub, ölən və yaralananlar var.

    "Report"un Aran bürosunun məlumatına görə, hadisə Ələt - Astara magistralının rayonun Dayıkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

    Belə ki, hərəkətdə olan "Mercedes" markaklı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə avtomobilin sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan sərnişinlər - üç qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

    Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

    Faktla bağlı araşdırmalara başlanılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi