Salyanda ağır yol qəzası olub, 4 nəfər yaralanıb - YENİLƏNİB

Salyanda ağır yol qəzası olub, 4 nəfər yaralanıb - YENİLƏNİB “Mercedes” markalı avtomobil qarşıda gedən “KamAZ”a çırpılıb
Hadisə
15 Yanvar , 2019 14:47
Salyanda ağır yol qəzası olub, 4 nəfər yaralanıb - YENİLƏNİB
0 : 00
0 : 00

Salyan. 15 yanvar. REPORT.AZ/ Salyan rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub. 

"Report"un yerli bürosunun məlumatına görə, hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Bakı şəhər sakinləri, 2000-ci il təvəllüdlü Ağazadə Zahid Rahib oğlu, 1989-cu il təvəllüdlü Məmmədova Kəmalə Elman qızı və Masallı rayon sakinləri, 1999-ci il təvəllüdlü Kərimova Rahibə Sadiq qızı və 1975-ci il təvəllüdlü Rəsulova Gülayə Bayraməli qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


*** 13:22

Salyan. 15 yanvar. REPORT.AZ/ Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “Mercedes” markalı avtomobilin qarşıda gedən “KamAZ” markalı avtomobilin arxasına çırpılıb. hadisə nəticəsində bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Hadisə yerinə baxış keçirilib. Yaralılar təcili tibbi yardım maşınları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Son xəbərlər

Orphus sistemi