​Salyanda ağır yol qəzası baş verib, yaralananlar var

​Salyanda ağır yol qəzası baş verib, yaralananlar var Faktla bağlı araşdırma aparılır
Hadisə
19 İyul , 2016 17:21
​Salyanda ağır yol qəzası baş verib, yaralananlar var

Salyan. 19 iyul. REPORT. AZ / Salyan rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. “Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün günorta satlarında Ələt-Astara magistral yolunun rayonun Marışlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Kamaz”markalı yük maşını ilə minik avtomobili toqquşub. Hadisə zamanı minik avtomobilinin sürücüsü Murad Ağamalıyev və onun sərnişini  Salyanın Yenikənd kənd sakini, 24 yaşlı Nuranə Xanlar qızı Rzayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq onlara tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi