Salyanda ağır yol qəzası baş verib: ölənlər və yaralananlar var - YENİLƏNİB

Salyanda ağır yol qəzası baş verib: ölənlər və yaralananlar var - YENİLƏNİB Hadisə zamanı 2 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb
Hadisə
18 Fevral , 2018 16:28
Salyanda ağır yol qəzası baş verib: ölənlər və yaralananlar var - YENİLƏNİB

Salyan. 18 fevral. REPORT.AZ/ Salyan rayonunda sərnişin mikroavtobusu ilə qaldırıcı kranın toqquşması nəticəsində ölən və yaralananlarına adı məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, Masallı rayon sakini, 1961-ci il təvəllüdlü Babayev Şəmsəddin Əliabbas oğlunun idarə etdiyi mikroavtobusla Bakı sakini, 1961-ci il təvəllüdlü Əliyev Natiq Hidayət oğlunun idarə etdiyi qaldırıcı kran toqquşub. Qəza zamanı mikroavtobusda olan Masallı rayon sakinləri - 2000-ci il təvəllüdlü Qardaşov Asif Vaqif oğlu, 2001-ci il təvəllüdlü Musayeva Şəbnəm Seydulla qızı hadisə yerində ölüb.

Digər iki sərnişin - Amin Ağarəhimov və Gülzar Nurəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


***15:46

Salyan. 18 fevral. REPORT.AZ/ Salyan rayonunda ölümlə nəticələnən ağır yol-nqəliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, sərnişin mikroavtobusu ilə qaldırıcı kran toqquşub. Nəticədə iki nəfər ölüb, iki nəfər isə ağır bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi