Salyanda ağır yol qəzası baş verib: 3 nəfər xəsarət alıb

Salyanda ağır yol qəzası baş verib: 3 nəfər xəsarət alıb Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır
Hadisə
26 Yanvar , 2016 19:06
Salyanda ağır yol qəzası baş verib: 3 nəfər xəsarət alıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Salyanda üç nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. 

Belə ki, "QAZ-24" markalı avtomobillə "VAZ-2107" markalı maşın toqquşub. Nəticədə "Jiquli"də olan sərnişinlər - Salyan rayon sakinləri, 29 yaşlı Ülviyyə Fəxrəddin qızı Ağalarova, 25 yaşlı Gülər İlqar qızı Səlimli və 29 yaşlı Natəvan Nizami qızı Adıgözəlova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi