Salyanda 83 yaşlı qadın yol qəzasında xəsarət alıb

Salyanda 83 yaşlı qadın yol qəzasında xəsarət alıb Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
291
30 İyul , 2021 22:51
Salyanda 83 yaşlı qadın yol qəzasında xəsarət alıb
0 : 00
0 : 00

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndindən keçən hissəsində qeydə alınıb. Minik avtomobilinin arxadan digər avtomobilə çırpılması nəticəsində Astara rayon sakini, 1938-ci il təvəllüdlü Səmədova Balanisə Eynəli qızı müxtəlif dərəcəli xəsarətlər alıb.

O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi