Salyanda 8 yaşlı qızı maşın vurub

Salyanda 8 yaşlı qızı maşın vurub Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
25 Oktyabr , 2019 22:23
Salyanda 8 yaşlı qızı maşın vurub

Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhərin X.R. Ulutürk prospektində qeydə alınıb. 

Belə ki, Salyan şəhər sakini, 2011-ci il təvəllüdlü Qədirova Xədicə Məhəbbət qızı yolu keçmək istərkən “BMW” markalı avtomobil onu vurub. 

Azyaşlı qız Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi