Salyanda 73 yaşlı piyadanı avtomobil vurub

Salyanda 73 yaşlı piyadanı avtomobil vurub Sürücü yaralını xəstəxanaya çatdırıb
Hadisə
1 Noyabr , 2016 12:52
Salyanda 73 yaşlı piyadanı avtomobil vurub

Salyan.1 noyabr. REPORT.AZ/ Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, rayonun Kürsəngi kənd sakini, 73 yaşlı Ənoğlan Şahbala oğlu Mənsimovu avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralını həmin avtombilin sürücüsü dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra o, travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi