Salyanda 7 kiloqramdan çox narkotik vasitə yandırılaraq məhv edilib

Salyanda 7 kiloqramdan çox narkotik vasitə yandırılaraq məhv edilib Məhv edilən maddələr narkotik vasitələr azadlıqdan məhrum edilən vətəndaşlardan müsadirə olunub
Hadisə
11 İyul , 2017 20:27
Salyanda 7 kiloqramdan çox narkotik vasitə yandırılaraq məhv edilib

Salyan. 11 iyul. REPORT.AZ/ Salyanda müxtəlif növ narkotik vasitələr yandırılma üsulu ilə məhv edilib. 

“Report”un Aran bürosunun verdiyi məlumata görə, narkotik vasitələrin yandırılma prosesi hüquq-mühafizə orqanlarının, digər aidiyyati qurumların və KİV nümayəndələrinin iştirakı ilə həyata keçirilib. Bu ilin 6 ayında məhkəmənin qərarı ilə müsadirə olunmuş 6 kiloqrqam çətənə bitkisi, 15,524 qram tiryək, 946,86 qram qurudulmuş marixuana və 1 qrama yaxın sintetik tərkibli metadon Salyan Rayon Polis Şöbəsinin həyətindəki xüsusi ayrılmış ərazidə yandırılaraq məhv edilib.

Qeyd edək ki, yandırma üsulu ilə məhv edilən maddələr narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və azadlıqdan məhrum edilən vətəndaşlardan müsadirə olunub.

Son xəbərlər

Orphus sistemi