Salyan rayonunda avtomobilin vurduğu piyada xəstəxanada dünyasını dəyişib.
“Report”un Aran bürosu xəbər verir ki, ötən gün axşam saatlarında minik avtomobilinin vurduğu Salyan şəhər sakini, 1957-ci il təvəllüdlü Hüseynov Oqtay Müseyib oğlu həkimlərin səyinə baxmayaraq xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
23:02***14.03.2020
Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında köhnə Ələt-Astara magistral yolunda Salyan şəhəri ərazisindəki “Ay işığı” ticarət obyektinin qarşısında qeydə alınıb.
Belə ki, Salyan şəhər sakini, 1957-ci il təvəllüdlü Hüseynov Oqtay Müseyib oğlu yolu keçmək istəyən zaman minik avtomobili onu vurub.
Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.