Salyanda 59 yaşlı kişi huşsuz vəziyyətə tapılıb

Salyanda 59 yaşlı kişi huşsuz vəziyyətə tapılıb Salyanda yaşlı kişi huşsuz halda tapılıb.
Hadisə
1 Dekabr , 2019 00:33
Salyanda 59 yaşlı kişi huşsuz vəziyyətə tapılıb

Salyanda yaşlı kişi huşsuz halda tapılıb.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə dünən axşam saatlarında Salyan-Şirvan avtomobil yolunda Noxudlu kəndi ərazisindəki körpünün yaxınlığında qeydə alınıb.

Salyan şəhər sakini, 1960-cı il təvəllüdlü Əsədov Malik Adil oğlu yolun kənarında huşsuz vəziyyətdə tapılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri olan həmin şəxs Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun döyüldüyü və ya avtomobil tərəfindən vurulduğu hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi