Salyanda 50 yaşlı qadın dərmandan zəhərlənib

Salyanda 50 yaşlı qadın dərmandan zəhərlənib Xəstənin vəziyyəti ağırdır
Hadisə
18 Aprel , 2016 07:28
Salyanda 50 yaşlı qadın dərmandan zəhərlənib

Bakı. 18 Aprel. REPORT.AZ/ Salyanda zəhərlənmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Salyan şəhəri, Ənvər Qasımzadə küçəsi, ev 54-də qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 50 yaşlı Səmayə Ələkbər qızı Məlikova çox sayda amitriptilin dərmanı qəbul edərək zəhərlənib. Qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərildikdən sonra zərərçəkən Reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, xəstə şok vəziyyətində olduğundan durumu ağırdır.

Son xəbərlər

Orphus sistemi