Salyanda 45 yaşlı kişi itkin düşüb - FOTO

Salyanda 45 yaşlı kişi itkin düşüb - FOTO Salyan. 21 dekabr. REPORT.AZ/ Salyan rayonunda 45 yaşlı kişi evdən çıxaraq geri qayıtmayıb. 
Hadisə
21 Dekabr , 2017 08:41
Salyanda 45 yaşlı kişi itkin düşüb - FOTO
Report

Salyan. 21 dekabr. REPORT.AZ/ Salyan rayonunda 45 yaşlı kişi evdən çıxaraq geri qayıtmayıb. 

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndində qeydə alınıb. 

Belə ki, iki övlad atası olan Vüqar Məhərrəm oğlu Məhərrəmov bu il noyabrın 26 da işləmək adı ilə qonşu Yenikənd kəndinə gedərək bir daha geri qayıtmayıb. Doğmalarının dediyinə görə, o gündən bir aydan çox vaxt keçməsinə baxmayaraq V.Məhərrəmovdan bir xəbər tuta bilməyiblər.

Vüqar Məhərrəmovun itkin düşməsi barədə artıq Salyan Rayon Polis Şöbəsinə məlumat verilib. 

Son xəbərlər

Orphus sistemi