Yuxarı

​Salyanda 35 yaşlı rayon sakini keçmiş məhbus tərəfindən bıçaqlanıb

Hadisə rayonun Kərimbəyli kəndində baş verib

Bakı. 23 may. REPORT.AZ/ Salyanda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, rayonun Kərimbəyli kənd sakini, 35 yaşlı Yusif Usubbala oğlu Zeynalov kiçik ölçülü çoxsaylı bıçaq yaraları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Yaralıya həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib. Yaralının 9 il həbsdə yatmış Bəhruz adlı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi