Salyanda 30 yaşlı kişi bıçaqlandı

Salyanda 30 yaşlı kişi bıçaqlandı Salyanda bıçaqlanma hadisəsi baş verib.
Hadisə
21 Mart , 2020 17:44
Salyanda 30 yaşlı kişi bıçaqlandı

Salyanda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qardili kəndində qeydə alınıb.

Kənd sakini, 1990-cı il təvəllüdlü Babayev Elmir Namiq oğlu sol qabırğa altının kəsilmiş-deyilmiş yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Yaralı əməliyyat olunduqdan sonra cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. 

İlkin məlumata görə, E.Babayev tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi