Salyan. 7 dekabr. REPORT.AZ/ Salyan rayonunda dəhşətli cinayət hadisəsinin üstü açılıb.
“Report”un Aran bürosu xəbər verir ki, Salyan şəhərinin Tale Davudzadə küçəsində 3 il əvvəl itkin düşmüş Mehparə Nadir qızı Əliyevanın və 4 qızının yaşadığı evin həyətində meyiti aşkarlanıb.
İlkin məlumata görə, onların M.Əliyevanın əri Fərhad Əliyev tərəfindən öldürüldüyü ehtimal olunur.
Faktla bağlı araşdırmalar aparılır.