​Salyanda 26 yaşlı gənc bıçaqlanıb

​Salyanda 26 yaşlı gənc bıçaqlanıb Zərərçəkən qarnının ön divar hissəsinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya yerləşdirilib
Hadisə
17 Noyabr , 2015 22:45
​Salyanda 26 yaşlı gənc bıçaqlanıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Salyanda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə şəhərin Aslan Hüseynov küçəsində qeydə alınıb.

Həmin küçədə 23 saylı ünvanda yaşayan, 1989-cu il təvəllüdlü Şamil Heydər oğlu Mehdiyev mübahisə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Zərərçəkən yaxınları tərəfindən qarnının ön divar hissəsinin kəsilmiş-deşilmiş yaraları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı Cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.

Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağır olaraq qalır.

Hazırda Salyan rayon Polis şöbəsində cinayəti törədən şəxsin kimliyinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi