Salyanda 44 yaşlı kişi bıçaqlanıb

Salyanda 44 yaşlı kişi bıçaqlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
15 Noyabr , 2016 20:39
Salyanda 44 yaşlı kişi bıçaqlanıb

Salyan. 15 noyabr. REPORT.AZ/ Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib. 

“Report”un Aran bürosunun verdiyi məlumata görə, hadisə bu gün Ələt-Astara avtomobil yolunun üstündəki “Ay işığı” ticarət obyektinin yaxınlığında qeydə alınıb. 

Belə ki, Salyan şəhəri, 20 Yanvar küçəsi, ev 15 ünvanında yaşayan, sürücü işləyən 44 yaşlı Ağalı Mirağa oğlu Hüseynov mübahisə zəminində həmkarı tərəfindən bıçaqlanıb. Sol yanaq nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıya həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib. O, daha sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi