Yuxarı
    Bağlamaq

    ​Salyanda 2 kq-dan artıq narkotik maddə məhv edilib - FOTO

    Prosesdə hüquq-mühafizə orqanları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər

    Bakı. 18 fevral. REPORT.AZ/ Salyanda külli miqdarda narkotik maddə yandırılma üsulu ilə məhv edilib.

    "Report" xəbər verir ki, proses Salyan rayon Polis şöbəsində istintaqların yekunu üzrə həyata keçirilib.

    Ümumilikdə 2015-ci ildə 18 məhkəmə qərarı əsasında müsadirə edilmiş qurudulmuş çətənə kolu, tiryək və həşiş kimi 2 kq.-dan artıq narkotik vasitə yandırılaraq zərərsizləşdirilib.

    Narkotik vasitələrin yandırılması prosesində hüquq-mühafizə orqanları, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi