Salyanda 2 gün əvvəl avtomobillə vurulan şəxs xəstəxanada ölüb

Salyanda 2 gün əvvəl avtomobillə vurulan şəxs xəstəxanada ölüb Onun həyatını xilas etmək mümkün olmayıb
Hadisə
1 May , 2017 10:38
Salyanda 2 gün əvvəl avtomobillə vurulan şəxs xəstəxanada ölüb

Salyan. 1 may. REPORT.AZ/ Salyanda avtomobillə vurulan piyada ölüb.

“Report”un Aran bürosu xəbər verir ki, 2 gün öncə rayonun Süd zavodu adlanan ərazisində avtomobillə vurulan Salyan şəhər sakini, 59 yaşlı Zakir Əvəz oğlu Həsənov bu gün Salyan rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, aprelin 29-da rayonun Seyidsadıqlı kənd sakini Ramil Kazımov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə piyadanı vurub. 

Son xəbərlər

Orphus sistemi