Salyanda 19 yaşlı gənc bıçaqlandı

Salyanda 19 yaşlı gənc bıçaqlandı Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır
Hadisə
12 Sentyabr , 2015 01:06
Salyanda 19 yaşlı gənc bıçaqlandı

Bakı. 12 sentyabr. REPORT.AZ/ Salyan şəhərinin avtovağzal yaxınlığında bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, rayonun Yuxarı Noxudlu kənd sakini, 1996-cı il təvəllüdlü İsmət Fikrət oğlu Məhəmmədzadə toydan çıxarkən naməlum şəxs tərəfindən bıçaqlanıb. Sol döş qəfəsindən bıçaq yarası alan İsmət Məhəmmədzadə dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub.

Faktla bağlı Salyan rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi