Salyan. 9 avqust. REPORT.AZ/ Salyan rayonunda 16 yaşlı gənc su kanalında boğulub.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qarabağlı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 2002-ci il təvəllüdlü İbrahim Eldar oğlu Qurbanov su kanalında çimərkən batıb. Onun meyiti ətrafdakılar tərəfindən sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.