Salyan xəstəxanasının sabiq baş həkiminin cinayət işi məhkəməyə göndərilib

Salyan xəstəxanasının sabiq baş həkiminin cinayət işi məhkəməyə göndərilib Rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin Salyan rayonlararası Psixiatriya Xəstəxanasının sabiq baş həkimi vəzifəsini icra edən Yaşar Məlikovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Hadisə
6 Oktyabr , 2021 09:08
Salyan xəstəxanasının sabiq baş həkiminin cinayət işi məhkəməyə göndərilib

Rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin Salyan rayonlararası Psixiatriya Xəstəxanasının sabiq baş həkimi vəzifəsini icra edən Yaşar Məlikovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report" xəbər verir ki, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nizami Quliyevin icraatına verilib.

Məhkəmənin vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Salyan rayonlararası Psixiatriya Xəstəxanasınının baş həkimi vəzifəsini icra etmiş, 1-ci Psixiatriya şöbəsinin müdiri Kərimov Yaşar Məlik oğlunun əlillik dərəcəsi təyin edilməsi üçün əsas olan xəstəliyini təsdiq edən sənədin verilməsi müqabilində xəstəxanada stasionar müalicə almayan Məmmədov Sahib Vafiq oğlundan (ad şərtidir) müxtəlif vaxtlarda xəstəxananın Salyan rayonu ərazisində yerləşən inzibati binasında 800 manat pulu rüşvət kimi almasına əsaslı şübhələr müəyyən edilib.

Y.Kərimova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib, habelə prokurorluğun təqdimatı əsasında məhkəmə qərarı ilə vəzifədən kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi