​Salyan şəhərində bərbərxana yanıb

​Salyan şəhərində bərbərxana yanıb Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub
Hadisə
13 Yanvar , 2016 08:26
​Salyan şəhərində bərbərxana yanıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 9 kv.m olan vaqondan ibarət bərbərxanada yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə vaqonun taxta üzlüyü və içərisində olan əşyalar yanıb.

Yaxınlıqdakı mağaza yanğından mühafizə olunub. Yanğın saat 07:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi