Salyan şəhər sakini itkin düşüb - FOTO

Salyan şəhər sakini itkin düşüb - FOTO Əbülfəz Xudaverdiyev bu il iyunun 4-də Bakı şəhərinə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb
Hadisə
15 İyun , 2016 12:15
Salyan şəhər sakini itkin düşüb - FOTO

Bakı. 15 iyun. REPORT.AZ/ Salyan şəhərində yaşayan 50 yaşlı Əbülfəz Qabil oğlu Xudaverdiyev itkin düşüb.

Bu barədə “Report”a DİN-in mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Ə.Xudaverdiyev bu il iyunun 4-də Bakı şəhərinə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Onun xarakterik əlamətləri belədir: boyu 150 sm., orta bədən quruluşlu, qara qısa saçlı, uzunsov sifətli, qara qalın qaşlı, gözləri qəhvəyi, fiziki cəhətdən sağlam, əqli cəhətdən qüsurlu ruhi əsəb xəstəsi, burnunun üstündə çapıq var.

Evdən çıxarkən əynində göy rəngli şalvar, ağ köynək, tünd göy rəngli pencək, əlində isə içərisində geyim əşyaları olan qara rəngli çanta olub.

Əbülfəz Xudaverdiyevi itkin düşdükdən sonra görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 Xidməti"nə, həmçinin (050) 341-49-64 mobil və ya Salyan Rayon Polis Şöbəsinə 021-255-51-12 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.   

Son xəbərlər

Orphus sistemi