Salyan şəhər qəbiristanlığında yanğın olub

Salyan şəhər qəbiristanlığında yanğın olub Məzarlığın 50 kvadratmetr ərazisi yanaraq yararsız hala düşüb
Hadisə
12 Sentyabr , 2015 21:23
Salyan şəhər qəbiristanlığında yanğın olub

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün axşam saat 17:00 radələrində Ələt-Astara magistral yolunun 60-cı kilometrliyində Salyan şəhər qəbiristanlığında yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Hissəsinin 1 yanğısöndürən maşını cəlb edilib.

Yanğın söndürülsə də qəbiristanlığın 50 kvadratmetr ərazisi yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi