Salyan sakinlərindən "patı" aşkarlanıb

Salyan sakinlərindən "patı" aşkarlanıb Faktlarla bağlı Salyan RPŞ-də araşdırmalar davam etdirilir.
Hadisə
18 Sentyabr , 2021 09:40
Salyan sakinlərindən patı aşkarlanıb

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri İslam Zeynalov və Sadiq Süleymanov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Salyan RPŞ-də araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi