Salyan sakinləri bir-birini bıçaqlayıb

Salyan sakinləri bir-birini bıçaqlayıb Hər iki şəxsin vəziyyəti ağırdır
Hadisə
26 May , 2016 14:33
Salyan sakinləri bir-birini bıçaqlayıb

Salyan. 26 may. REPORT.AZ / Salyan rayonunda bıçaqlanma hadisəsi baş verib. “Report” xəbər verir ki, Salyan şəhəri, Ənnağı Hüseynov küçəsi ev 71 ünvanında yaşayan 25 yaşlı Emin Elşən oğlu Nəsibov və şəhərin 28 may küçəsində yaşayan, 18 yaşlı Yaşar Elşən oğlu Ağayevin aralarında baş verən mübahisə hər iki şəxsin bıçaqlanması ilə nəticələnib.
Çoxsaylı bıçaq zərbələri alan hər iki yaralı Salyan  Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"a bildirilib ki, hər iki yaralı xəstəxananın cərrahiyyə şöbəsində əməliyyat olunub və yaralıların vəziyyəti ağır olaraq qalır. 

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi