Salyan sakinindən narkotik maddə tapılıb

Salyan sakinindən narkotik maddə tapılıb Salyan. 12 iyul. REPORT.AZ/ Salyan sakinindən narkotik vasitə aşkar edilərək götürülüb.
Hadisə
12 İyul , 2018 21:05
Salyan sakinindən narkotik maddə tapılıb

Salyan. 12 iyul. REPORT.AZ/ Salyan sakinindən narkotik vasitə aşkar edilərək götürülüb. 

"Report"un Aran bürosu xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri nəticəsində şəhər sakini, 1988-ci il təvəllüdlü Əsgərov Natiq Namiq oğlu şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd polietilen torbada ümumi çəkisi 345 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi