Bakı. 18 iyul. REPORT.AZ/ Salyanda yüksək gərginlikli elektrik xəttinə toxunan şəxs xəstəxanaya yerləşdirilib.
“Report”un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə iyulun 17-də Salyan rayonunun Qardili kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin otlaq sahəsində rayon sakini Səyyad Ağayev həmyerlisi Eyyub Şikarovun idarə etdiyi “MTZ-80” markalı traktora ot bağlamaları yükləyərkən 10 min kvt-luq elektrik kabelinə toxunub. Bu zaman yanğın baş verib, ot bağlamaları və traktorun yanar konstruksiyaları yanıb, yanıq xəsarəti alan S.Ağayev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.