​Salyan sakini toyda tanımadığı şəxs tərəfindən bıçaqlanıb

​Salyan sakini toyda tanımadığı şəxs tərəfindən bıçaqlanıb Ona 4 bıçaq zərbəsi vurulub
Hadisə
14 Avqust , 2016 09:19
​Salyan sakini toyda tanımadığı şəxs tərəfindən bıçaqlanıb

Salyan. 14 avqust. REPORT. AZ/ Salyanda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

Belə ki, rayonun Babazənan yaşayış massivinin sakini, 32 yaşlı Rəşad Ramiz oğlu Novruzov Stansiyadakı şadlıq sarayında toyda olarkən tanımadığı şəxs tərəfindən 4 bıçaq yarası alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsində əməliyyat olunub. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi