Yuxarı
    Bağlamaq

    Salyan sakini sirkə turşusundan zəhərlənib

    Salyan. 11 yanvar. REPORT.AZ/ Salyan rayonunun Xalac kəndində zəhərlənmə olub.

    "Report”un Aran bürosu xəbər verir ki, ilkin məlumata görə, 1986-cı il təvəllüdlü kənd sakini Əliyev Emil Əfqan oğlu evdə səhvən sirkə turşusu içərək zəhərlənib.

    Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan xəstənin həkim müdaxiləsindən sonra həyatı xilas edilib.

    Faktla bağlı araşdırma aparılır.

    Daha əvvəl Qazax rayonunda kütləvi zəhərlənmə olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi