​Salyan sakini ov tüfəngi ilə özünü yaralayıb

​Salyan sakini ov tüfəngi ilə özünü yaralayıb Hadisə ehtiyatsızlıqdan baş verib
Hadisə
11 Dekabr , 2015 21:49
​Salyan sakini ov tüfəngi ilə özünü yaralayıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Salyanda güllələnmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə rayonun Stansiya yaşayış massivində qeydə alınıb.

Belə ki, həmin yaşayış massivinin sakini, 24 yaşlı Elşən Rəhbər oğlu Əsədov ov tüfəngi ilə ehtiyatsız davranaraq atəş açıb. Nəticədə güllənin qırmaları onu sağ ayağından ağır yaralayıb. Yaralı dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sümükləri dağıldığından və qanaxma olduğundan yaralı əməliyyat edilərək Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi