Yuxarı

Salyan sakini naməlum şəxsin hücumuna məruz qalaraq çoxsaylı xəsarətlər alıb

Nurlan Xankişiyev Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilib

Salyan. 4 oktyabr. REPORT.AZ/ Salyan şəhər sakini naməlum şəxsin hücumuna məruz qalaraq çoxsaylı bədən xəsarətləri alıb.

“Report”un Aran bürosu xəbər verir ki, Heydər Əliyev prospektində yaşayan 22 yaşlı Nurlan Nuralı oğlu Xankişiyev döş qəfəsinin çoxsaylı xəsarətlərlə Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı əməliyyat olunaraq cərrahiyyə şöbəsinə yerləşdirilib.

Onun sözlərinə görə, gecə yarısı tanımadığı şəxs tərəfindən naməlum alətlə bədəninə xəsarətlər yetirilib.

Faktla bağlı araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi