Salyan sakini "KamAZ"la bacısının və onun 4 yaşlı oğlunun üstündən keçib, uşaq ölüb - YENİLƏNİB

Salyan sakini "KamAZ"la bacısının və onun 4 yaşlı oğlunun üstündən keçib, uşaq ölüb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
194
25 İyun , 2018 16:34
Salyan sakini KamAZla bacısının və onun 4 yaşlı oğlunun üstündən keçib, uşaq ölüb - YENİLƏNİB
0 : 00
0 : 00

Salyan. 25 iyun. REPORT.AZ/ Salyan rayon sakini "KamAZ"la bacısının və onun 4 yaşlı oğlunun üstündən keçib, uşaq ölüb.

"Report"un Aran bürosu xəbər verir ki, 4 yaşlı Əli Məmmədov "KamAZ"ın kabinəsindən düşüb və hərəkətdə olan maşının qabağına qaçıb. Bu zaman Ə.Məmmədovun anası, Günel Məmmədova uşağı tutmaq üçün yük maşınının qarşısına çıxıb. Ana və oğlu "KamAZ"ın altında qalıb. Hadisə zamanı 4 yaşlı Ə.Məmmədov ölüb, anası G.Məmmədova isə ağır bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Qeyd edək ki, G.Məmmədova "KamAZ"ın sürücüsü, Ərmulla Aslanovun bacısıdır. 

Faktla bağlı araşdırma aparılır.


***16:12

Salyan. 25 iyun. REPORT.AZ/ Salyan rayonunda “KaMAZ” ana və 4 yaşlı uşağının üstündən keçib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Boranıkənd kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini, 1997-ci il təvəllüdlü Ərmulla Nurulla oğlu Aslanov idarə etdiyi “KaMAZ” markalı yuk maşını ilə hərəkətdə olarkən kənd sakini, 2014-cü il təvəllüdlü Məmmədov Əli Sahil oğlunun üstündən keçərək öldürüb, uşağın anası Günel Nurulla qızı Məmmədova isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi