Yuxarı
    Bağlamaq

    Salyan sakini həmkəndlisi tərəfindən döyülüb - FOTO - VİDEO

    Faktla bağlı araşdırma aparılır

    Bakı. 1 dekabr. REPORT.AZ/ Salyanda döyülmə hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə rayonun Seyidsadıqlı kəndində qeydə alınıb. 

    Belə ki, həmin kəndin sakini, 37 yaşlı Osman Davud oğlu Bağırov həmkəndlisi Elçin Kazımov tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

    Yaralı dərhal Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan "Report"a bildirilib ki, yaralı ağır bədən xəsarətlərilə huşsuz halda qəbul şöbəsinə gətirilib: "O.Bağırov həkimlər tərəfindən müayinə olunub. O, qapalı-kəllə beyin travması, baş-beyin silkələnməsi diaqnozu ilə xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib. 

    Zərərçəkənin qardaşının sözlərinə görə, mübahisə O.Bağırovun otardığı xırdabuynuzlu mal-qaranın E.Kazımovun tarlasına girməsi üstə baş verib.

    Qeyd edək ki, O.Bağırov şəhid Ağalar Bağırovun qardaşıdır.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi