Salyan sakini balta ilə qətlə yetirilib

Salyan sakini balta ilə qətlə yetirilib Qətlin kim tərəfindən törədildiyi məlum deyil
Hadisə
5 Sentyabr , 2016 21:44
Salyan sakini balta ilə qətlə yetirilib

Salyan. 5 sentyabr. REPORT.AZ/ Salyan rayonunda qətl hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.

Belə ki, Tale Davudzadə küçəsində yaşayan Elçin Eldar oğlu Babayev naməlum şəxs və ya şəxslər tərəfindən başından aldığı balta zərbəsi nəticəsində dünyasını dəyişib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi