Salyanda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Salyanda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır
Hadisə
25 yanvar 2018 18:32
Salyanda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
Foto: "Report"

Salyan. 25 yanvar. REPORT.AZ/ Salyan rayonunda yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəşiən piyadanan adı məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Həsənli kənd sakini, 1982-ci il təvəllüdlü Xanəliyev Rəşad Valeh oğlu yolu keçmək istəyən zaman onu naməlum minik avtomobili vuraraq öldürüb. Avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Rəşad Xanəliyevin meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizasına gətirilib.


***21:48

Salyan. 25 yanvar. REPORT.AZ/ Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Həsənli kəndindən keçən hissəsində qeydə alınıb.

Hələlik adı məlum olmayan orta yaşlı kişini naməlum avtomobil vurub. Hadisədən sonra sürücü qaçıb. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi