Salyan. 20 mart. REPORT.AZ/ Salyan rayonunun Kürqaraqaşlı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, martın 20-də saat 02:00 radələrində rayonun Kürqaraqaşlı kəndi ərazisində rayon sakini Fərhad Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı hasara vurub. Hadisə nəticəsində sürücü hadisə yerində ölüb. Sərnişin isə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.