Salyan sakini itkin düşüb

Salyan sakini itkin düşüb Salyan rayonu Kolanı kənd sakini, 38 yaşlı Müslüm Xəlilov 2021-ci ilin sentyabr ayının 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Hadisə
28 Yanvar , 2022 16:48
Salyan sakini itkin düşüb
0 : 00
0 : 00

Salyan rayon sakini itkin düşüb

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Kolanı kənd sakini, 38 yaşlı Müslüm Xəlilov 2021-ci ilin sentyabr ayının 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb: "Müslüm Xəlilovun əlamətləri - boyu 174 sm, arıq bədən quruluşlu, saçlarının rəngi qaradır".

"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi