Yuxarı

Salyanda yol qəzası baş verib, 3 nəfər yaralanıb

Hadisə Ələt-Astara magistral yolunda qeydə alınıb

Bakı. 30 yanvar. REPORT.AZ/ Salyan rayonunda 3 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ələt-Astara magistral yolunun Salyanın Quyçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyanın Sarvan kənd sakini, 53 yaşlı Xudayar Allahyar oğlu Əzimovun idarə etdiyi "Qazel" markalı yük maşını hərəkətdə olarkən əks istiqamətdən gələn "Mitsubishi" markalı avtomobillə toqquşub. Nəticədə "Qazel"in sürücüsü və minik avtomobilində olan Şirvan şəhər sakinləri - 55 yaşlı Xudaş Qayım oğlu Ağamalıyev, 52 yaşlı Qeys Vəkil oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi