Şahin Diniyevin kirayənişini ev əşyalarını qarət edərək elan saytında satıb - EKSKLÜZİV

Şahin Diniyevin kirayənişini ev əşyalarını qarət edərək elan saytında satıb - EKSKLÜZİV Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin mənzili qarət edilib.
Hadisə
26 Dekabr , 2019 17:19
Şahin Diniyevin kirayənişini ev əşyalarını qarət edərək elan saytında satıb - EKSKLÜZİV

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyevin mənzili qarət edilib.

“Report”un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində baş verib.

Belə ki, Ş.Diniyevin mənzilində olan ev əşyaları oğurlanıb. O, bundan sonra hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Araşdırma zamanı məlum olub ki, Ş.Diniyev mənzilini kirayə verib. Həmin mənzildə kirayə qalan qadın və onun tanışı ev əşyalarını elan saytına yerləşdirərək satıb. Daha sonra həmin qadın və tanışı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi