Sahil qəsəbəsində iki avtomobil toqquşdu, xəsarət alan var

Sahil qəsəbəsində iki avtomobil toqquşdu, xəsarət alan var Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 İyun , 2020 21:31
Sahil qəsəbəsində iki avtomobil toqquşdu, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə hadisə Sahil qəsəbəsində, “Mayak” adlanan ərazidə hərbi hissənin yanında qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Musayev Vasif İkram oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Son xəbərlər

Orphus sistemi