"Sahil" bağında qətl törətmiş şəxsin məhkəməsində 3 şahid dindirilib

"Sahil" bağında qətl törətmiş şəxsin məhkəməsində 3 şahid dindirilib Məhkəmənin növbəti iclası oktyabrın 22-nə təyin edilib
Hadisə
16 Oktyabr , 2015 15:22
Sahil bağında qətl törətmiş şəxsin məhkəməsində 3 şahid dindirilib

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1988-ci il təvəllüdlü Elçin Çobanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə 3 nəfər şahid - Cəlil Hacıyev, Hamil Paşayev və Tərlan Ələkbərov ifadə verib.

Məhkəmənin növbəti iclası oktyabrın 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayının 6-da "Sahil" bağında baş verib. Elçin Çobanov orada mübahisə zəminində it gəzdirən Həsən Həsənov və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb.

E.Çobanov Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi