Yuxarı

Şahidlər: “Mənzilində öldürülmüş qadın iş adamı ilə qızı arasında daim dava-dalaş olub” - FOTO

Onun qızı və daha üç nəfər tutulub

Onun qızı və daha üç nəfər tutulub

Bakı. 7 yanvar. REPORT.AZ/ Öz mənzilində qətlə yetirilmiş iş adamı Məryəm Namidzadə qızı Günel Hüseynova ilə birlikdə yaşayırmış.

Bu barədə “Report”un əməkdaşına M.Namidzadənin qonşuları bildirib.

Bir neçə il əvvəl ərindən boşanmış G.Hüseynovanın məktəbli övladı var. Qonşular bildirib ki, onlar arasında daim dava-dalaş olub.

Nəsimi Rayon Prokurorluğundan isə “Report”a bildirilib ki, faktla bağlı şübhəli şəxs qismində dörd nəfər saxlanılıb. Onlardan biri mərhumun qızı G.Hüseynovadır.

Bundan başqa, M.Namidzadənin qardaşı oğlu da istintaqa cəlb edilib. O, hərbi xidmətdən yenicə qayıdıb. Atası isə bir neçə il əvvəl həbs olunub. Hazırda həbsdədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi